Header Ads

Namiq Qaraçuxurlu - Səni sevmək | Mahni sozleri



Sən mələksən, səni tanrım mənə göndərdi
Bir yol açdı göy üzündən, yerə endirdi
Məndə sevdim, sakin etdim səni qəlbimdə
Nə yaxşı ki, varsan ömrüm mənim ömrümdə
Həyatımın ən bəxtəvər anındayam
Nə qədər canımda can var, yanındayam.
Səni sevmək, özün kimi şahanədir
Dəli könlüm eşqin ilə divanədir.
Bir sözüm var ürəyimdə sənə aiddi,
Sevirəm mən buna Allah, özü şahiddi.
Onu bil ki, mən həyata yenə gəlsəydim,
Səni ancaq sevəcəkdim yenə sevsəydim.
Dəniz kimi gözlərin var, dərin-dərin
Şəkər kimi sözlərin var, şirin-şirin
Dünya-aləm mənim olsa, sənsiz olmaz
Canım səndən, ruhum səndən ayrı qalmaz
Səni sevmək, özün kimi şahanədir
Dəli könlüm eşqin ilə divanədir.
Səni sevmək, özün kimi şahanədir
Dəli könlüm sənin üçün divanədir.



Namiq Qaraçuxurlu - Səni sevmək | Mahni sozleri Namiq Qaraçuxurlu - Səni sevmək | Mahni sozleri Reviewed by midpro on 17.2.20 Rating: 5

Hiç yorum yok

Recent Posts

Beauty