Header Ads

Aqşin Fateh & Vəfa Şərifova - Şəkillərdə gülən qadın | Mahni sozleri


Şəkillərdə gülən qadın
Həqiqətdə gülmür üzün
Elə qırılıb qol qanadın
Tək qalanda dolur gözün

Toxunur saçlarına
Xəyanətin pıçıltısı
Üşüdür kürəyini
Bu ehtiras qırıntısı
Bir gün düzələr deyib
Gözləməyin yorur səni
Daha xoşbəxt eləmir
O daş qaşın parıltısı

Dərdi olan gözəl gülürmüş
Sirrini daş divar bilirmiş
Gecələr evdə tək qalanda
Sirrini o ayla bölürmüş

Nəq:
Şəkillərdə gülən qadın
Həqiqətdə gülmür üzün
Elə qırılıb qol qanadın
Tək qalanda dolur gözün

Şəkillərdə gülən qadın 
Gülüşünü kim oğurladı
Bir zaman sevilən qadın
Ürəyivi kim parçaladı
Bir zaman sevilən qadın

Sən onu bağışladığca 
O yenə səhf elədi
O qalan qüruruvu 
Tapdaladı məhv elədi
Bu bənzəyir nağıla 
Sarayda şəhzadə olan
Qul olub sevgisinə 
Cəlladını əhf elədi

Qadın istər sığına
Bir adamın kölgəsinə
Ola sadiq ölənəcən 
Yaşanan sevgisinə
Mən isə bir dediyim
Min dəfə ağlatdı məni
Özüm kimi sandığım
Satdı məni özgəsinə

Mən ona ürəyimi verdim
O mənə qüssə kədər
Mən ona ömrümü verdim 
O mənə acı zəhər
Mən ona duyğu dolu
Anlarımı bəxş elədim
O mənə təkliyimi 
Yoxluğunu qoydu əsər

Gizlədərək özgələrinnən
Oyna sınığ güzgülərinnən
Onun əlləri yad belində
Səndə seviş kölgələrinnən


Aqşin Fateh & Vəfa Şərifova - Şəkillərdə gülən qadın | Mahni sozleri Aqşin Fateh & Vəfa Şərifova - Şəkillərdə gülən qadın | Mahni sozleri Reviewed by midpro on 26.2.20 Rating: 5

Hiç yorum yok

Recent Posts

Beauty