Header Ads

Orxan Lökbatanlı - Küsdü yenə I Mahnı Sözleri

Bu nə qismətdir əzizim nə zülüm
Bunca göz yaşımı döndərmə selə
Axı zülmündə olur həddi gülüm
Daha səbrim tükənib insaf elə

Eşidib dərdimi dostlar dedilər
Qınağın mən deyiləm tək hədəfi
Məni çox dərdli görüb söylədilər
Onda da var günah ALLAH tərəfi

Nə dedim ki mən ona küsdü yenə
Heç inanmazdım o saf hisslər ölər
Qorxuram dözməz ürəy tərsliyinə
Mən öləndən sonra insafa gələr



Nə dedim ki mən ona küsdü yenə
Fəryadım dağı dələr daşı dələr
Bələdəm çünki onun tərsliyinə
Əriyər dağ o çətin rəhmə gələr

Oturub pəncərədən yollara bax
Bu odur yoxsa onun kölgəsidir
Qaçaraq aç qapını sonra da gör
Demə bir başqası bir özgəsidir

Dəfələrlə telefon zəngi gəlir
Bezirəm özgəni sən sanmaqdan
Elə tərssən onu qəlbim də bilir
Elə bil həzz alır aldanmaqdan

Nə dedim ki mən ona küsdü yenə
Heç inanmazdım o saf hisslər ölər
Qorxuram dözməz ürəy tərsliyimə
Mən öləndən sonra insafa gələr

Nə dedim ki mən ona küsdü yenə
Fəryadım dağı dələr daşı dələr
Bələdəm çünki onun tərsliyinə
Əriyər dağ o çətin rəhmə gələr

Orxan Lökbatanlı - Küsdü yenə I Mahnı Sözleri Orxan Lökbatanlı - Küsdü yenə I Mahnı Sözleri Reviewed by midpro on 21.5.17 Rating: 5

Hiç yorum yok

Recent Posts

Beauty