Header Ads

İfrat - Qadınlar I Mahnı Sözleri


Bitti mənim üçün olmadım üzgün
Qürurum əl vermədi ayrıldığımız gün
Tutum qolundan çəkim yolundan
Mən günahkaram deyim üzr istiyim ondan

Ayrılıq sevindi peşmanam mən indi
Həmin qürurum kömək etmir mənə indi

Verdiyim nəfəs qoşulub get küləynən
Yarıma çatdır bacarmıram bu ürəynən
Yanında görsən var adamlar mən adında
Asta səslə onun qulaqlarına pıçılda

Qadınlar...qadınlar nə vaxt tənha qalırlar
Qisasın saçlarından alırlar
Ən ağır zərbə kişilər üçündür
Ayrılan zaman şair olurlar

Qadınlar nə vaxt tənha qalırlar
Qisasın saçlarından alırlar
Ən ağır zərbə kişilər üçündür
Hər axşam içib şair olurlar

Qismətivə kaş düşəydi bir daş
Onu seçəndə geri qalan həyatına yoldaş
Eyləmə inkar anlamadın yar
Bir evdə illərcə qonşu tək yaşamaq var

Yediyin çörək zəhər suyun ondan da betər
Keçməz boğazından yada düşdükcə bir nəfər

Sanki istəməz səni heçkim başa düşmək
Xəyanət sayılar sevdiyinlə görüşmək
Üzülmə göz yaşını tökür çox qadınlar
Sənin bu çəkdiyini çəkir çox qadınlar

Qadınlar...qadınlar nə vaxt tənha qalırlar
Qisasın saçlarından alırlar
Ən ağır zərbə kişilər üçündür
Ayrılan zaman şair olurlar

Qadınlar nə vaxt tənha qalırlar
Qisasın saçlarından alırlar
Ən ağır zərbə kişilər üçündür
Hər axşam içib şair olurlar

İfrat - Qadınlar I Mahnı Sözleri İfrat - Qadınlar I Mahnı Sözleri Reviewed by midpro on 8.5.17 Rating: 5

1 yorum

Recent Posts

Beauty