Header Ads

İfrat - Şairlər kimi | Mahnı Sözləri



Sənə isinən,
Ürəyim isitmir yerini.
Sən məni, heç sevməyən,
İnsan kimi atdın.
Sənə görə,
Ömrünü məhv eləyən birini,
İntihar üçün, atılan,
Dərman kimi atdın.

Sonunda nə oldu?!
Ürəyim xəstə oldu.
Həyatımdakı hər şey,
Sənin üstə oldu.

Şairlər kimi sevdim səni,
Qovuşmaq idi dərdim.
Sərxoşlar kimi sevdim səni,
Olanımı sənə verdim.

Axı yoxluğun,
Yer salır özünə aram-aram,
Sən mənim, bir zamanlar,
Yerimi salan yerdən.
Öz geyimimi,
Dəli kimi öpürəm qoxlayıram,
Mən təsəlli, alıram,
Ətrin qalan yerdən.

Eybi yox sənə çatmasın əl,
Son duamdır axır-əvvəl,
O sənə qarşı səhv eləsin,
Sən özündən çıx mənə gəl.


Şairlər kimi sevdim səni,
Qovuşmaq idi dərdim.
Sərxoşlar kimi sevdim səni,
Olanımı sənə verdim.

İfrat - Şairlər kimi | Mahnı Sözləri İfrat - Şairlər kimi | Mahnı Sözləri Reviewed by midpro on 23.11.19 Rating: 5

Hiç yorum yok

Recent Posts

Beauty