Header Ads

Asif Məhərrəmov - Sənsiz elə darıxıram (sözleri)


Sənsiz elə darıxıram
Elə bilki milyon ilin ağrısı var ürəyimdə
Sübhə həsrət gəcələrin
Sənə gəlib çıxmıyan bu küçələrin
Birdə...
Cıra bilmədiyim bir şəklin
Ağrısı var ürəyimdə
Darıxmamaq qorxusu var ürəyimdə
Yaşamaq üçün dualardan yapışıram
Yaşamağa çalışıram
Dualarım nəfəsimin sayını keçir
Sanki mənə ümidləri bircə-bircə tanrı seçir
Bəlkə də sən düşünürsən unudacaq əvvəl-axır
Nə unutmaq...
Hər bir ayda izimiz var
Sentyabr, oktyabtr, və sairə
Hər fəsildə bir xatirə
Unutmaq da olmur axı birdən-birə
Gör nə qədər zaman keçib
Elə bil ki, xatirələr də and içib
Səni mənə unutdurmur
Bu ayrılıq həqəqətdir, yuxu deyil
Heç taleh də saat qurmur oyatmaqçün
Biləsən ki çalışmıram unutmaqçün
Çünki hələ darıxıram
Sənsiz hələ darıxıram
Sənsiz elə darıxıram
Zaman keçmir
Saatımın əqrəbləri həyatıma zəhər verib
Sanki məndə min nəfərin kədəri var
Görsələr heç inanmazlar bu dərdi bir nəfər verib
İndi məni başa düşən
Dərdlərimə şərik olan biri yoxdu
Küləy, yağış, şeir, mahnı
Hər şey səni xatırladır
Yer üzündə darıxmamaq yeri yoxdu
Kaş ki gəlib görəsən ki, yollarında gözüm qalıb
Ürəyimin döyüntüsü sayı qədər ürəyimdə sözüm qalıb
Kaş ki gəlib görəsən ki, bir dəlinin kölgəsilə danışmağı necə olur
Bir insanın doğmaları ətrafında tənhalığa alışmağı necə olur
Kaş ki gəlib görəsən ki, bir adamın ölməyən bir qadına yas saxlamağı necə olur
Kaş ki gəlib görəsən ki, bir kişinin ağlamağı necə olur
Kaş ki gəlib görəsən ki, dua edən əllərimdə göz yaşı var
Ağlım unut desə də lap, ürəyimin yaddaşı var
Ürəydi bu
Ona bircə kəlmə belə söz keçirtmək olmur axı
Ürəy çoxdan unudubdur unutmağı
Ürəydi bu
Məndən olsa unudaram
Məndən olsa darıxmaram səhər axşam
Ölüm gəlsə ölümə də yubanaram
Vallah elə ümidliyəm
Qabağıma çıxıb desə o gələcək
Uşaq kimi uşağa da inanaram
Darıxmağın faydasının olmadığın bilə-bilə darıxıram
Sənsiz elə darıxıram
Sənsiz elə darıxıram vicdan haqqı
Vicdan haqqı yerin dolmur
Mənə qoyub getdiyin hər xatirəyə and ola ki, sənsiz olmur
Vallah olmur
Axı mənə deyirdilər bu dünya çox balacadı
Axır-əvvəl görüşərsiz
Sən hardasan, neçə şəhər uzaqdasan?
Axı niyə qarşılaşa bilmirik biz?
Ne olar qayıt, mütləq qayıt
Qayıt gəl ki, nəfəsini bir də duyum
Qayıtmasan mən bu boyda darıxmağı hara qoyum?
Hara qoyum darıxmağım içindəki saçalarının qoxusunu?
Necə görüm mən bir də bu şirin sevgi yuxusunu?
Necə görüm gözlərini, baxışını?
Həsrətin də düşmən kimi boğur məni
Heç bilmirəm...
Heç bilmirəm kim udacaq ölüm-dirim yarışını
Ne olar qayıt
Ne olar qayıt, mən uduzmaq istəmirəm
Darıxmaqdan şeir yazmaq istəmirəm
Sən olanda təbəssümün bəs edirdi xoşbəxt olum
Sən olanda nəfəsin də güc verirdi ürəyimə
Sən olanda bəxtəvərdim
Sən olanda xoşbəxt idim
Sənki yoxsan heç bilmirəm hara gedim
Bu darıxmaq
Bu zəhrimar elə hissdi kəlmələr də bəs eləmir izah edim
Deyim belə darıxıram
Sənsiz elə darıxıram
Sənsiz elə darıxıram
Sənsiz elə darıxıram
Asif Məhərrəmov - Sənsiz elə darıxıram (sözleri) Asif Məhərrəmov - Sənsiz elə darıxıram (sözleri) Reviewed by midpro on 28.7.17 Rating: 5

1 yorum

  1. Salam mənim adım gizli qalsın sənin bu şeirin çox mənalıdır mənə aiddir

    YanıtlaSil

Recent Posts

Beauty