Elvin Mirzəzadə - Bu onun işidir | Mahnı sözləri
Mən onu yazıram, o məni hiss edir,
O da mənə görə özünü pis edir
Varlığı yaşadır, sevgisi isidir
Yoxluğu üşüdür, Bu Onun İşidir.
Danış ürəyini ürəyini gedənə,
Susduqca yığılır, yük olur bədənə.
Danışmaq gözəldir səni eşidənə
O səni eşidir, Bu Onun İşidir!
Bu Onun İşidir
Nə məni bezdirir, nə məni tükədir,
Yanımda balaca, gözümdə yekədir.
Deyirlər Unutmaq 2x2-dir,
Vururam 5 edir, Bu Onun İşidir!
Bu Onun İşidir
Sarılıram ona, unudub özümü
Oluram ram ona, yumuram gözümü
Dilimdə dolaşır, unudub sözümü
Sevgi vərdişidir, Bu Onun İşidir!
Mən onun xəstəsi, o mənim təbibim.
Sevgisin istərəm, yox başqa tələbim.
Məni yaşadır o, yaşamağa səbəbim:
Onun gülüşüdür, Bu Onun İşidir.
Elvin Mirzəzadə - Bu onun işidir | Mahnı sözləri
Reviewed by midpro
on
2.2.20
Rating:

Hiç yorum yok